Pentaqon rəhbəri Şimali Koreyanı hədələdi
Tarix: 10-08-2017, 00:48
Şimali Koreya nüvə proqramını dayandırmalı və rejimin sonuna gətirəcək, xalqı məhv edəcək addımlardan çəkinməlidir.
SİVİL.AZ-ın verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.
“Kim Çen In BMT Təhlükəsizlik Şurasının vahid mövqeyini və dünya hökumətlərinin çağırışlarını nəzərə almalıdır. Artıq hamıya bəllidir ki, Koreya Xalq Demokratik Respublikası qlobal sabitlik və təhlükəsizliyə təhdiddir. Pxenyan rejimi istənilən silah yarışmasında və yaxud təşəbbüs göstərdiyi münaqişədə məğlub olacaq ”, bəyanatda deyilir.
Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə “Xvason-14” ballistik raketini sınaqdan keçirib. ABŞ, Cənubi Koreya və Yaponiya raketlərin qitələrarası olduğunu iddia edirlər. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər