Dünya böyük müharibənin astanasında: hücum tarixi açıqlandı - FOTOLAR
Tarix: 10-08-2017, 17:00
Şimali Koreya rəsmi xəbər agentliyi Sakit okeandakı Quam adasında yerləşən ABŞ hərbi bazasına hücum tarixini açıqlayıb.
SİVİL.AZ xəbər verir ki, Şimali Koreyası mediası avqustun ortalarında 4 ədəd "Hwasong-12" raketinin atılmasının planlaşdırıldığını deyib. Bildirilir ki, prezident Kim Çen İn əmr versə, raketlər atılacaq və Yaponiya üzərindən keçərək Quamın 30 km məsafəsində dənizə eniş edəcək.
Qeyd edək ki, Quam adasında Anderson hərbi bazası yerləşir və 163 min insan yaşayır.
Artıq 2 gündür ki, ABŞ və Şimali Koreya arasında gərginlik pik həddə çatıb. Hətta ötən gün ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı nüvə hücumu ilə hədələyərək hakimiyyəti dövründə bu tip silahların təkmilləşdirildiyini və müasir standartlara uyğunlaşdırıldığını deyib. (Qaynarinfo)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər