Azərbaycanlı iş adamı yandırılaraq öldürüldü
Tarix: 11-08-2017, 01:00
Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib.
SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “Basta”ya mərhumun dayısı oğlu Mərdan Mehdili məlumat verib. Mərdan Mehdilinin bildirdiyinə görə, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.
“Rusiya polisi iki gün idi ki, itkin düşmüş şəxs kimi onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb. Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”.
Mərdan bəy onu da qeyd edib ki, mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra Azərbaycana, Siyəzən şəhərinə gətiriləcək.Dəhşətli qətlin səbəbinə gəlincə, Mərdan Mehdili bununla bağlı məlumat olmadığını deyib.
“Onun kimsə ilə ədavəti, kiməsə borcu olmayıb. Əksinə, özü kimlərəsə borc pul verib. Qətlin səbəbi isə hələlik məlum deyil”. (Lent.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər