Həyat yoldaşını satışa çıxardı - SƏBƏB VƏ FOTO
Tarix: 12-08-2017, 21:26
Tereza Törner yüksək səslərə qarşı həssaslığı ifadə edən mizofoniya xəstəliyindən əziyyət çəkir və bir gün həyat yoldaşına əsəbləşərək cəzalandırmaq qərarına gəlir.
SİVİL.AZ xəbər verir ki, Tereza yemək yeyərkən yüksək səs çıxaran birinin videosunu qoyaraq onu əsəbləşdirən həyat yoldaşını satışa çıxarıb. "Facebook" sosial şəbəkəsində həyat yoldaşının şəklini paylaşan qadın "Artıq məni əsəbləşdirməyinə icazə verməyəcəyəm. 33 yaşı var, qarşılığında pul istəmirəm. Ev və tualet vərdişləri var və tərbiyə edilib" yazaraq zarafat edib.
Zarafata baxmayaraq bu post böyük marağa səbəb olub və 1 saat içində 300-dən çox qadın Törnerin həyat yoldaşına elçi düşüb. Bu marağa münasibət bildirən Tereza "Həyat yoldaşım bu addımı mənasız adlandırmışdı, lakin insanları güldürəcək və əyləndirəcək bir hadisə baş verdi" deyib. ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər