ABŞ-da ara qarışdı: ölən və yaralananlar var - VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-08-2017, 02:11
ABŞ-da ara qarışdı: ölən və yaralananlar var -


ABŞ-ın Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş vermiş toqquşmalar nəticəsində azı 30 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, bu barədə şəhərin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, naməlum sürücü idarə etdiyi avtomobili etirazşılara çırpıb. Nəticədə 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Daha 15 nəfər şəhərin mərkəzində yürüş zamanı ultrasağçılarla toqquşmalar zamanı xəsarət alıb.

Qeyd edək ki, ultrasağçılar hakimiyyət qurumlarının Vətəndaş müharibəsində Konfederasiya ordusunun generalı Robert Linin şəhər parkındakı heykəlini sökmək planına etiraz ediblər. Solçularla ultrasağçılar arasında ilk qarşıdurmalar avqustun 11-də qeydə alınıb.

Məlumata görə, aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib. (APA)




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz