İngiltərənin AB-dən çıxacağı tarix açıqlandı

Xəbərin çap versiyası
Tarix: 13-08-2017, 14:12
İngiltərənin AB-dən çıxacağı tarix açıqlandı


Böyük Britaniya Avropa Birliyindən (AB) 2019-cu ilin martında çıxacaq. Həmin vaxt Birləşmiş Krallıq, həmçinin AB-nin ümumi bazarını və Gömrük İttifaqını tərk edəcək.

SİVİL.AZ xəbər verir ki,bu barədə Britaniyanın Maliyyə naziri Filip Hammondun və Xarici Ticarət naziri Liam Foksun “Teleqraf” qəzetində dərc olunmuş birgə məqaləsində məlumat verilir.

Nazirlər məqalədə bildirirlər ki, Britaniyanın AB-dən çıxması üçün keçid dövrü lazımdır. Bu keçid müddətində “Breksit”lə bağlı planlara yenidən baxılmayacaq. Bundan başqa, Britaniya AB müqavilələrində tərəf hesab olunmayacaq. (Axar.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz