İŞİD Barselonadakı terrora görə məsuliyyəti üzərinə götürdü

Xəbərin çap versiyası
Tarix: 18-08-2017, 08:43
İŞİD Barselonadakı terrora görə məsuliyyəti üzərinə götürdü


İŞİD terror təşkilatı Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Reuters agentliyi yaraqlıların informasiya mənbələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzində Rambla küçəsində mikroavtobus piyadalara çırpılıb. Hadisə zamanı 13 nəfər ölüb, daha 32 nəfər isə yaralanıb. (Oxu.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz