Barselonadakı terrorda şübhəli bilinənlərin hamısı məhv edilib

Xəbərin çap versiyası
Tarix: 19-08-2017, 08:45
Barselonadakı terrorda şübhəli bilinənlərin hamısı məhv edilib


İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 4 nəfəri məhv edib.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib.

Bunlar Mərakeş əsilli Yunes Əbuyaqub, Musa Okabir, Səid Alaa və Məhəmməd Hicamidir. Adıçəkilən son 3 nəfərin Kambrils şəhərində öldürüldüyü bildirilir.

Ötən gün Barselonanın mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz