Şok kadrlar: əlil qadına avtobusda 6 gənc təcavüz etdi - FOTO+VİDEO
Tarix: 23-08-2017, 22:17
Mərakeşdə kütləvi etiraz aksiyaları başlanıb. Aksiya iştirakçıları dünən həbs olunmuş 6 yeniyetməyə ən ağır cəzaların verilməsini tələb edirlər.
SİVİL.AZ Morocco World News-a istinadən bildirir ki, yaşları 15-17 arasında olan bu gənclər sərnişin avtobusunda 29 yaşlı əlil qadına xüsusi amansızlıqla təcavüz ediblər. Olay Mərakeşin Kasablanka şəhərində baş verib.
Marşrut avtobusuna minən, sağ əli və sağ ayağı iflic olan qadın oturacağa əyləşəndən az sonra avtobusdakı yeniyetmələr ona sataşmağa başlayıblar. Daha sonra onlar qadına əl atıblar. Qadın ağlayıb, qışqırıb, amma avtobusdakı digər sərnişinlər ona yardım etməyiblər. Əksinə, növbəti dayanacaqda əxlaqsız yeniyetmələrdən savayı, bütün sərnişinlər tələsik avtobusu tərk ediblər. Yeniyetmələr qadını zorlayıblar və bunu avtobusun sürücüsü də görüb. Fəqət, o da heç nə etməyib.
6 yeniyetmə həbs olunub. Olayla bağlı Mərakeşin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.
Mərakeşdə qadınlar arasında keçirilmiş anonim sorğunun nəticələrinə görə, respondentlərin 2/3-si fiziki, psixoloji, seksual və ya iqtisadi təzyiqlərə məruz qaldıqlarını deyiblər. (Milli.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər