İranın keçmiş xarici işlər naziri Türkiyədə vəfat edib

Xəbərin çap versiyası
Tarix: 28-08-2017, 15:38
İranın keçmiş xarici işlər naziri Türkiyədə vəfat edib


İranın keçmiş xarici işlər naziri İbrahim Yəzdi Türkiyənin İzmir şəhərində xəstəxanada vəfat edib.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə İRNA mərhumun ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 86 yaşlı İ. Yəzdi 8 ay əvvəl prostat xərçəngi diaqnozu ilə əməliyyat olunub. Onun ABŞ-a getmək üçün viza müraciətinə prezident Trampın immiqrasiya haqqında fərmanı ilə əlaqədar imtina cavabı verildikdən sonra sabiq nazir Türkiyədə əməliyyat edilib. İki həftə əvvəl isə vəziyyətinin ağırlaşması ilə əlaqədar o, İzmirdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İ. Yəzdi 1979-cu ildə İranda baş vermiş İslam inqilabından sonra ölkənin ilk baş naziri olub. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz