Məşhur "qanuni oğru" sərhəddə Azərbaycan pasportu ilə tutuldu

Xəbərin çap versiyası
Tarix: 28-08-2017, 16:22
Məşhur "qanuni oğru" sərhəddə


Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsini saxta sənədlərlə keçmək istəyən gürcü "qanuni oğru” tutulub.

SİVİL.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsindən verilən məlumata görə, o, gürcü kriminal aləminin tanınmış liderlərindən biridir.

Saxlanılan şəxsin pasport nəzarətindən keçən zaman Rusiya xarici pasportunu təqdim etdiyi bildirilir. Sərhədçilərin sənədlərlə bağlı suallarını görüncə, o, daha bir pasport çıxarıb. Həmin pasportda isə onun Azərbaycan vətəndaşı olduğu qeyd olunub. Bundan başqa onun üzərində bir neçə saxta sənəd də aşkarlanıb.

Sərhədi saxta sənədlə keçmək istəyən Gürcüstan vətəndaşını təhqiqatçılar tərəfindən saxlanılıb. Onun dəfələrlə cinayət törətdiyi və daha əvvəl də azadlıqdan məhrum edildiyi məlum olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz