Gürcüstanda NATO-nun növbəti hərbi təlimləri keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 29-08-2017, 12:59
Gürcüstanda NATO-nun növbəti hərbi təlimləri


Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri keçiriləcək.

SİVİL.AZ-ın verdiyi xəbəra görə, təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq.

Təlimlərdə Gürcüstan hərbçiləri ilə yanaşı ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək.

Təlimlərin keçirilməsində məqsəd ABŞ hərbçiləri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

Qeyd edək ki, “Agile Spirit 2017” (“Çevik ruh”) təlimləri 2011-ci ildən etibarən hər il keçirilir. Təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz