Orta əsr Avropasında kütləvi qətllərə səbəb olan "epidemiyaların" SƏBƏBİ AÇIQLANDI

Xəbərin çap versiyası
Tarix: 4-08-2017, 17:00
Orta əsr Avropasında kütləvi qətllərə səbəb olan "epidemiyaların"


Oksford Universitetindən olan arxeoloqlar orta əsr Avropasının böyük şəhərlərində zorakılığın fövqəladə yüksək səviyyəsindən danışıblar.

SİVİL.AZ bildirir ki, alimlər eramızın 1050-1550 illərinə aid ingilis qəbiristanlıqlarında tapılmış kəllələrdə dəhşətli travmalar aşkar ediblər. Qətllər şəhər əhalisinin əsasını təşkil edən sənətkarların arasındakı mübahisələrə görə kütləvi xarakter alırdı. Bu haqda "New Scientist" nəşri məlumat yayıb.

Mütəxəssislər ümumilikdə 399 kəllə sümüyünün vəziyyətini təhlil ediblər. Qalıqların bir hissəsi monastırların yanındakı qəbiristanlıqlarda tapılıb - burada orta əsrlərdə əsasən orta sinfin insanları dəfn edilirdilər. Məlum olub ki, 6.8 faiz kəllə sümüklərində zorakılıq əlamətləri mövcuddur.

Əksər hallarda zorakılığın qurbanları ən aşağı siniflərin nümayəndələri olurdular. Alimlərin fikrincə, bu onunla bağlı idi ki, kasıblar mübahisələri davalarla və zorakılıqla həll edir, varlı insanlar isə inkişaf edən hüquq sistemindən istifadə edirdilər.

Orta əsrlərin başqa qəbiristanlıqlarından tədqiq olunan qalıqların analizi göstərir ki, Avropanın digər ölkələrində də zorakılığın səviyyəsi yüksək olub. Belə ki, Xorvatiyada tədqiq olunan kəllələrin 12 faiz küt travmalıdır.

O vaxtın müstəntiqlərinin qiymətləndirilməsi göstərir ki, cinayətlərin əksəriyyəti bazar günündən bazar ertəsinə keçən gecə törədilirdi. Bu vaxt kişilər meyxanalarda dincəlirdilər. Bu onu deməyə əsas verir ki, sərxoşluq zorakılığın mümkün səbəblərindən biri idi. (publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz