ABŞ Rusiya ilə bağlı yeni qanun layihəsi hazırlayıb

Xəbərin çap versiyası
Tarix: 1-09-2017, 19:08
ABŞ Rusiya ilə bağlı yeni qanun layihəsi hazırlayıb


Amerikalı senatorlar Rusiyanın “Rosneft” şirkətinin Venesuelanın neft-qaz şirkətindəki (“Petroleos de Venezuela SA”) ABŞ aktivlərini əldə etməsinə mane olmaq məqsədilə qanun layihəsi hazırlayıblar.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Petroleos de Venezuela” özünün törəmə şirkəti olan “Citgo Petroleum Corp.”ın aktivlərinin yarısını “Rosneft”dən aldığı kreditin təminatı kimi Rusiya tərəfinə təklif edib. ABŞ-da “Citgo”nun 3 neft emalı müəssisəsi və onlarla neft anbarı var. Senatorlar qanun qəbul edərək sövdələşməyə mane olmaq və Tramp administrasiyasını həmin razılaşmanı blok etməyə inandırmaq istəyirlər.

WSJ yazır ki, “Rosneft” ABŞ-dakı bu cəhdlərdən xəbərdardır və Venesuela ilə başqa girov variantlarını müzakirə edib. Maduro hökumətinin Rusiyaya nəinki Venesuelanın neft layihələrində iştirak etməyi, həm də kreditin girovu və ödənişləri kimi xam neftin özünü təklif etdiyi bildirilir.

Xatırladaq ki, “Rosneft” ABŞ-ın sanksiyaları altındadır. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz