Gənc yapon fizika qanunlarına MEYDAN OXUYUR

Xəbərin çap versiyası
Tarix: 4-09-2017, 20:30
Gənc yapon fizika qanunlarına


Yəqin ki, hər kəs uşaqlıqda düymə və ya qəpiklərdən nələrsə düzəltməyə həvəsli olub. Bu həvəs yapon gənc oğlan üçün isə əsl ehtirasa çevrilib.

SİVİL.AZ bildirir ki, Tanu adlı gənc oğlan qəpiklərdən bəzən elə kompozisiyalar yaradır ki, bununla sanki fizika qanunlarına meydan oxuyur.

İnanmaq çətindir, amma bəzən quraşdırılmış böyük bir piramida bircə qəpiyin üzərində dayanır. Bəzi skeptiklər yapon gəncin bacarığını şübhə altına salmağa çalışır və hesab edirlər ki, o, qəpiklərin arasını yapışqanla bərkidir. Buna cavab olaraq, Tanu zaman-zaman sosial şəbəkədə öz səhifəsinə videoçarxlar yerləşdirərək hər şeyin "təmiz" olduğunu sübut edir.

Gənc deyir ki, bu cür iş üçün ciddi konsentrasiya, özünüidarəetmə və möhkəm əl lazımdır. Bir naqolay hərəkət - və saatlarla səylərin nəticəsi bir göz qırpımında dağılacaq.

İşlərin unikal fotolarını təqdim edirik. (publika.az)

Gənc yapon fizika qanunlarına

Gənc yapon fizika qanunlarına

Gənc yapon fizika qanunlarına

Gənc yapon fizika qanunlarına

Gənc yapon fizika qanunlarına

Gənc yapon fizika qanunlarına


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz