Dövlət Departamenti Rusiya konsulluğunda axtarışların aparılacağına dair məlumata reaksiya verib

Xəbərin çap versiyası
Tarix: 2-09-2017, 02:35
Dövlət Departamenti Rusiya konsulluğunda axtarışların aparılacağına dair məlumata


ABŞ Dövlət Departamenti Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sentyabrın 2-də Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarışların aparılacağına dair açıqlamasına reaksiya verib.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə RİA Novosti xəbər verib.

Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosuna müraciət etməyi tövsiyə edib.

“Axtarışlarla bağlı istənilən məsələyə görə FTB-yə müraciət edilməlidir”, Dövlət Departamenti rəsmisi vurğulayıb.

Bundan əvvəl Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 2-də ABŞ xüsusi xidmət orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarışların aparılacağını bildirib. Avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz