40 yaşlı qadın öz yas mərasimində dirildi - Qohumlar dəhşətə gəldilər

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 11:36
40 yaşlı qadın öz yas mərasimində dirildi -


Hindistanda qəribə hadisə baş verib.

SİVİL.AZ bildirir ki, sarılıq xəstəliyinə görə öldüyü deyilən qadın yas mərasimində qohumlarını şoka salıb.

O, 2 ay müddətinə xəstəxanada qalsa da, ailəsi onu evə aparmaq qərarına gəlib. Sonra isə qadının yolda öldüyünü düşünüblər. 40 yaşlı Rathnam adlı qadının qohumları onun üçün yas mərasimi təşkil ediblər. Ayinlər oxunan zaman qadın hərəkət edib. Qorxuya düşən qohumlar polisə xəbər veriblər. Hadisə yerinə gələn polis və həkimlər qadını xəstəxanaya çatdırıblar. Xəstəxanadan bildirilib ki, qadın ölməyib. Qohumlar onun ölümü təsdiqlənmədən yas mərasimi təşkil ediblər.

Qadın bir neçə saat sonra xəstəxanada vəfat edib. (milli.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz