"Şeytan məktubu"nun sirri çözüldü - DƏHŞƏTLİ FAKTLAR

Xəbərin çap versiyası
Tarix: 9-09-2017, 20:00
"Şeytan məktubu"nun sirri çözüldü -


341 il əvvəl şeytanın məcburən bir rahibəyə yazdırdığı məktubun sirri çözülüb.

SİVİL.AZ xəbər verir ki, məktubun sirri bir proqram vasitəsilə açılıb.

1676-cı ildə İtaliyanın Siciliya vilayətindəki Palma di Montechiaro monastrınının rahibəsi Mariya Krosifissa della Konkezioninin yazdığı məktubun kodları açılıb. Rahibənin iddiasına görə şeytan bu məktubu ona məcburən yazdırmışdı.

İtalyan kompüter mühəndisləri bildirir ki, məktubda "Tanrını insan yaratdı. İsa və Müqəddəs Ruh ölü ağırlığıdır. Tanrı ölümlü insanlara azadlıq bəxş edəcəyini zənn edir. Bu sistem heç kəs üçün yaxşı işləmir. Bəlkə də indi Stiks mümkündür (Stiks yunan mifologiyasında cəhənnəm çayının adıdır-red.)"-cümlələri var.

Yazının kodlarını açmaq üçün proqrama qədim yunan, ərəb, latın və run əlifbası yüklənib.

Elm adamları bildirir ki, dil mövzusunda mütəxəssis olan rahibə Mariya bildiyi dillərin fərqli xüsusiyyətlərindən istifadə edərək özünə məxsus tərzdə məktub yazıb. Məktubun başa düşülməyən qisimlərini isə rahibənin psixi problemlərinin olduğu ilə izah edirlər. (ölkə.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz