Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb
Tarix: 11-09-2017, 08:09
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə Ukrayna polisinin “Tvitter” səhifəsində bildirilir.
Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb.
Qeyd edək ki, ötən axşam Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb.
Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər