"Türkdilli dövlətlərin vahid universiteti yaradılsın" - Ərdoğan

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 09:20
"Türkdilli dövlətlərin vahid universiteti yaradılsın" -


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması təklifini irəli sürüb.

SİVİL.AZ xəbər verir ki, Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini qeyd edib.

R.T. Ərdoğan deyib: "Bütün türkdilli ölkələr, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla, yeni universitetin təsisçiləri ola bilərlər".

Qeyd edək ki, Türkiyə prezidenti sentyabrın 8-10-da Qazaxıstanda səfərdə olub. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz