"2019-cu ilədək Avropa İttifaqına yeni üzv qəbul edilməyəcək" - Jan Kloud Yunker
Tarix: 13-09-2017, 14:56
“2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək”.
SİVİL.AZ-ın verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib. Sədr qeyd edib ki, hazırda heç bir namizəd buna hazır deyil: “Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir”.
Yunker əlavə edib ki, Türkiyənin də gələcəkdə Aİ-yə üzvlüyü istisna deyil. O Aİ-yə üzv olmaq istəyən dövlətlərə mesaj göndərib. Komissiya sədri bildirib ki, Aİ-yə üzv olmaq üçün müraciət edən hər bir dövlət ərazisində hüququn, ədalətin və insan haqlarının üstünlüyünü prioritet halına gətirməlidir.
“Avropa İttifaqı keçmiş Yuqoslaviya ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniyanın inteqrasiya siyasətini rədd edir. Çünki, onları eyni region - Qərb Balkanları kimi qəbul edirik. Düşünürəm ki, sərhədlərimizdə daha çox sabitlik arzulayırıqsa, biz Qərb Balkanları üçün genişlənmə perspektivini saxlamalıyıq”, - deyə o əlavə edib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər