ABŞ dörd ölkənin vətəndaşlarına viza verməyi dayandırdı
Tarix: 14-09-2017, 16:46
ABŞ hökuməti Kamboca, Eritreya, Qvineya və Serra-Leonaya qarşı sanksiya tətbiq edib.
SİVİL.AZ-ın məlumatına əsasən, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bəyanata əsasən, bu ölkələr ABŞ-dan deportasiya olunmuş vətəndaşlarını qəbul etmək istəmədikləri üçün sanksiyalara məruz qalıblar.
“Kamboca, Eritreya, Qvineya və Serra-Leona hökumətləri ABŞ-dan deportasiya olunmuş vətəndaşlarını qəbul etməyiblər, yaxud qəbulu gecikdiriblər. Nəticədə dövlət katibi Tillersonun göstərişinə əsasən, bu ölkələrdə konsulluq işçiləri ərizəçilərin bəzi kateqoriyaları üzrə viza verməkdə məhdudiyyət tətbiq ediblər”, - nazirliyin məlumatında bildirilir.
ABŞ Dövlət departamenti bu dörd ölkənin hazırkı siyasətini davam etdirəcəyi təqdirdə sanksiyaların genişləndiriləcəyi ilə bağlı xəbərdarlıq edib. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər