Küveyt Şimali Koreya səfirindən ölkəni tərk etməsini tələb edib

Xəbərin çap versiyası
Tarix: 17-09-2017, 18:30
Küveyt Şimali Koreya səfirindən ölkəni tərk etməsini


Küveyt Şimali Koreya səfirindən ölkəni tərk etməyi tələb edib.


SİVİL.AZ-ın məlumatına görə, bu barədə Küveytin “Əl-Anbaa” qəzeti məlumat yayıb.

Buna səbəb sentyabrın 15-də Şimali Koreyanın yeni raket sınağı keçirməsidir. Raket 800 km yüksəklikdə 3,7 min km yol qət edib, Yaponiya üzərindən keçib və Hokkaydo adasından 2,2 min km uzaqlığa düşüb. Bununla əlaqədar Küveyt Şimali Koreya ilə diplomatik əlaqələri aşağı endirmək barədə qərar qəbul edib. Küveytdə Şimali Koreyanın diplomatik missiyanın rəhbəri vəzifəsini icra edən və əlavə 3 diplomat qalacaq. Şimali Koreya səfiri və digər Şimali Koreya diplomatları isə sentyabrın sonuna qədər Küveyti tərk etməlidirlər.

Qeyd edək ki, Şimali Koreyanın bundan əvvəl keçirdiyi raket sınaqlarına etiraz əlaməti olaraq Küveyt bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırıb, Küveytdə olan Şimali Koreya vətəndaşlarının viza müddətinin uzadılması isə dayandırılıb. Hazırda Küveytdə 6 minə yaxın Şimali Koreya vətəndaşı var. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz