Lavrov isveçli jurnalisti qovdu: Rədd olun! - VİDEO
Tarix: 19-09-2017, 21:10
Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb.
SİVİL.AZ Oxu.Az-a istinadən xəbər verir ki, görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb.
Jurnalist "Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: "İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”. Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: "Əsl rus cavabıdır”.
Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək "İndi isə rədd olun” , - sözünü deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər