Müsəlmanlara fətva: arvad-uşağınıza ad günü keçirməyin!

Xəbərin çap versiyası
Tarix: 20-09-2017, 12:10
Müsəlmanlara fətva:


Səudiyyə Ərəbistandakı ilahiyyatçılardan biri daha bir qəribə fətva verib.

SİVİL.AZ
-ın məlumatına görə, kral sarayının dini şurasının üzvlərindən biri - Abdulla əl-Mutlaq canlı efirdə çıxışında ictimaiyyət arasında mübahisəyə səbəb olacaq fikrini açıqlayıb - ad günü keçirmək zərərlidir!

Verilişdəki tamaşaçılardan biri həyat yoldaşı xanımların və övladlarının ad günün qeyd etmək haqqında sual verib. "Bu yolverilməzdir. Belə bayramlar ailə büdcəsi üçün çox ağır yükdür".

Onun fikrincə, ailələrin çoxunun belə bayramlar üçün madii vəsaiti çatışmır. "Hətta buna imkanı olanlar belə pulu xəsrləmək üçün daha layiqli yer tapmalıdırlar".

Maraqlıdır ki, ilahiyyatçının bu fətvasını dəstəkləyənlərin də sayı az deyil. Onlar düşünürlər ki, həyat yoldaşı və ya uşaqlarının ad günün qeyd etmək şöhrətpərəstlik yaradır. Tənqidçilər isə ilahiyyatçıların ailə büdcəsinə qarışmağa ixtiyarları olmadığını deyirlər. "Varlı ölkənin sakinlərinin ad günü xərclərini düşünməyə başlaması heç də dinlə əlaqəsi olmayan ciddi problemlərin yarandığını düşünməyə əsas verir". (İstiPress)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz