Tramp və Ərdoğan İraq Kürd Muxtariyyətində referendumun ciddi fəsadlar yaradacağını BİLDİRİBLƏR

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 09:11
Tramp və Ərdoğan İraq Kürd Muxtariyyətində referendumun ciddi fəsadlar yaradacağını


ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qarşı çıxış edərək, onun keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.

SİVİL.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatda bildirilir.

“Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıblar. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Ağ Evin məlumatında bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz