Erməni qadın deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 19:00
Erməni qadın deputat:


“Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistan parlamentinin deputatı Mane Tandilyan ölkəsində gender bərabərliyinin vəziyyətindən danışıb.

SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, o, Ermənistanda gender bərabərliyinin qanunvericilikdə əksini tapdığını, mərkəzi inzibati strukturlarda da bu sahədə problem olmadığını deyib.

M. Tandilyan buna misal olaraq Ermənistanda kənd təsərrüfatı sahəsində çalışanların 50 faizdən çoxunun qadın olduğunu bildirib.

Bununla belə, erməni deputat deyib ki, Ermənistan parlamentində qadınların sayı Gürcüstandakından azdır: “Yerlərdə inzibati orqanlarda, siyasi partiyalarda da qadınların sayı azdır. Biz artıq şərt kimi irəli sürürük ki, siyasi partiyalarda qadınların sayı artsın.

Bizdə eyni zamanda fahişəliklə mübarizəyə də önəm verilir. Çünki bu, zərurətə çevrilib. Eyni zamanda selektiv abortların qanunla qadağan edilməsi təklifini də irəli sürmüşük. Bizdə təəssüf ki, hələ məişət zorakılığı ilə bağlıq qanun yoxdur, amma planlaşdırmışıq ki, yaxın zamanda müzakirəyə çıxarılsın”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz