"QİÇS-li kola" şayəsinin əsas mənbəyi bilindi - FOTO

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 13:36
"QİÇS-li kola" şayəsinin əsas mənbəyi bilindi -


Bir neçə gün əvvəl sosial şəbəkələrdə işçilərindən birinin "kola" hazırlanan konteynerlərə HİV-li (AİDS) qanını axıtması barədə xəbərlər yayılmışdı. Təbii ki, həmin xəbərlər yalnış idi. Hətta şirkət də açıqlama verərək belə bir halın baş vermədiyini bildirmişdi.

SİVİL.AZ Milli.Az-a istinadla bildirir ki, bəziləri isə bunun rəqib şirkətlər tərəfindən edilən təxribat adlandırmışdı.

Azərbaycanda sürətlə yayılan bu məlumatın mənbəyi ölkə hüdudlarından kənara çıxır. Və məlum olur ki, belə şayiələr zaman-zaman gündəmə gəlib və heç bir əsası yoxdur.

Avstraliyada yaşayan dostum tərəfindən bu barədə Feysbuk hesabıma "Pepsi"yə HİV virusunun qatıldığı qeyd olunan məlumat göndərilib. Məlumatda bildirilib ki, SKY news kanalında göstərildiyi kimi, "Pepsi"yə QİÇS-li qanını tökən şəxs tutulub.

Sky news-un saytında isə belə bir məlumat yoxdur. Orada, sədəcə, qeyd olunub ki, bu şayiələr uzun illərdir fasilələrlə gündəmə gəlir və tamamilə yalandır. Belə bir şayiə ilk dəfə 2004-cü ildə yayılıb.

Kanalın saytında qeyd olunub ki, hətta belə bir ehtimal olsa belə, "kola" vasitəsi ilə QİÇS virusunun yoluxması imkansızdır.

"QİÇS-li kola" şayəsinin əsas mənbəyi bilindi -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz