Ermənistanda silah anbarı partladı

Xəbərin çap versiyası
Tarix: 28-09-2017, 11:34
Ermənistanda silah anbarı partladı


Bir neçə gün əvvəl Ermənistanın Nubaraşen ərazisində yerləşən hərbi hissənin silah anbarında partlayış baş verib.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə “Jogovurd” qəzeti xəbər verir.

Nəşr xəbər yayır ki, ölən və zərər çəkənlər yoxdur. Hadisənin başvermə səbəbləri barədə məlumat almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edilib. Lakin sorğuya cavab olaraq, ER MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, hərbi hissədə partlayış baş verməyib.

“Hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Hazırda xidməti araşdırma aparılır”, - deyə Ovanisyan bildirib. (Oxu.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz