Bu ölkədə də çadra qadağan edildi
Tarix: 1-10-2017, 18:58
Avstriya höküməti insanın üzünü tamamilə örtən çadradan istifadəni qadağan edib.
SİVİL.AZ "BBC"yə istinadən xəbər verir ki, qanuna əsasən, sifət alından çənəyə qədər açıq olmalıdır. Qərar müsəlmanlar tərəfindən narazılıqla qarşılanıb və bildirilib ki, Avstriyada çox az bir qisim sifəti tamamilə örtən burka adlı geyimdən istifadə edir.
Qeyd edək ki, qanun niqab, burka, üzü örtən maska və kloun makyajını da qadağan edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər