MDB Antiterror Mərkəzi: Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir
Tarix: 5-10-2017, 11:43
"MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır".
SİVİL.AZ bildirir ki, APA-nın xəbərinə görə, bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub. Antiterror mərkəzinin analizinə əsasən MDB ölkələrində daxil olması qadağan edilən internet resursların 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant “cəlb etmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər