AŞPA prezidenti vəzifəsini bu şəxs icra edəcək
Tarix: 6-10-2017, 17:50
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezdienti Pedro Aqramuntun istefasından sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq təşkilatın vitse-prezidenti Rocer Geyl icra edəcək.
SİVİL.AZ AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rocer Geyl yeni prezident seçilənə qədərAssambleyanın növbəti plenar iclasında prezident səlahiyyətlərini yerinə yetirəcək.
AŞPA-nın növbəti payız sessiyası oktyabr 9-dan 13-dək Strasburqda keçiriləcək. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər