Ankaradan ABŞ-a “İncirlik” hədəsi

Xəbərin çap versiyası
Tarix: 9-10-2017, 12:35
Ankaradan ABŞ-a “İncirlik” hədəsi


Türkiyə “İncirlik” hərbi-hava qüvvələri bazasını ABŞ HHQ üçün bağlaya bilər.

SİVİL.AZ oxu.az-a istinadən xəbər verir ki, buna səbəb kimi ABŞ-ın Türkiyə vətəndaşlarına vizaların verilməsinin dayandırılması barədə qərarı göstərilir.

Dünən ABŞ-ın İstanbul konsulluğunun əməkdaşının həbs edilməsindən sonra ABŞ Türkiyə vətəndaşlarına vizaların verilməsini dayandırıb. Buna cavab olaraq, Türkiyə də ABŞ vətəndaşlarına vizaların verilməsinin dayandırıldığını bildirib.

Türkiyə rəsmiləri qeyd edir ki, həbs edilmiş türk əsilli konsulluq əməkdaşı FETÖ terror təşkilatı ilə bağlı olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz