Trampın müəllimi onun haqqında: Ən sərsəm şagird idi
Tarix: 14-10-2017, 01:17
ABŞ prezident Donlad Trampın universitet müəllimi professor Vilyam Kelley onu "qarşılaşdığı ən sərsəm" şagird adlandırıb.
SİVİL.AZ-ın məlumatına görə, Pensilvaniya Universitetinin müəllimi deyib ki, tələbə Trampla indi Ağ Evdə oturan prezident Tramp arasında hələ də oxşarlıq var:
"Universitetə gəldikdə özünü elə aparırdı ki, sanki hər şeyi bilir".
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın dövlət katibi Tillersonun Tramp barədə "axmaq" ifadəsi işlətməsi ortaya çıxmışdı. Bundan sonra isə prezident dövlət katibinə IQ testindən keçməyi tövsiyə etmişdi. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər