İngiltərənin 10 ən vahiməli və kabuslu qəsri - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 23-10-2017, 09:00
İngiltərənin 10 ən vahiməli və kabuslu qəsri -


Ən vahiməli qəsr kimi Derbyshire-dəki Bolsover qəsri sayılıb. Deyilənə görə, həmin qəsrdə qonaqların əlindən hiss edilmədən tutan oğlan kabusu peyda olur.

SİVİL.AZ
BBC-yə istinadən xəbər verir ki, qədim məzarlığın başında ucalan həmin qəsri, İngiltərədə tarixi bina və abidələrə nəzarət edən "İngiltərə irsi" qeyri-hökümət fondunun əməkdaşları ölkənin ən vahiməli qəsri sayıb

Sorğuda fondun 1800 əməkdaşı iştirak edib.

Bolsover qəsrinin əməkdaşları qəsrdə vahimə yaradan hallar kimi qəribə addım səsləri, səbəbsiz qapı çırpılmaları səsi, haradansa gələn zəif danışıq və hətta qışqırıq səsi, qəribə şövqlənmə və bütövlükdə götürəndə, ora gələnləri bürüyən məzarlıq soyuqluğu hissi.

Bolsover qəsri 12-ci əsrdə tikilib, 1883-cü ildən orada heç kim yaşamayıb.

Qəsrin rəsmi sahibi 7-ci Portland qrafı 1945-ci ildə qəsri dövlətin idarəçiliyinə verib.
Bu qəsr İngiltərənin ən mühüm və dövlət əhəmiyyətli qədim tarixi və memarlıq abidələri siyahısına daxil edilmişdir.

Yaşı 900 il olan Warwickshire-dəki Kenilworth qəsri vahiməli qalalar siyahısında ikinci yerdədir. Qəsr əməkdaşları burada kabus gördüklərini, eləcə də qaladakı qədim beşiyin öz-özünə yırğalandığını və ondan tənbəki tüstüsü iyinin gəldiyini bildiriblər.

Wight adasındakı Carisbrooke qəsri, burada 1647-1648 illərdə devrilmiş kral I Charles-ın saxlanması ilə məşhurdur. Burada xeyli sayda kabusun, o cümlədən, yaxınlıqdakı dərin su quyusunda batmış qızın da kabusunun dolaşdığı deyilir.

Qəsrdə işləyənlər vaxtaşırı, sankı, uzaqdan gələn uşaq gülüşü səsi eşitdildiyindən şikayətlənir.

İngiltirənin 10 ən vahiməli yeri

Bolsover qəsri, Derbyshire
Kenilworth qəsri, Warwickshire
Carisbrooke qəsri, Wight adası
Pendennis qəsri, Cornwall
Whitby abbatlığı, Şimali Yorkshire
Beeston qəsri və Woodland parkı Cheshire
Dover qəsri, Kent
Charles Darwin-nun evi - Down House, Kent
Clifford qülləsi, North Yorkshire
Framlingham qəsri, Suffolk


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz