Almaniya prezidenti hökuməti buraxıb
Tarix: 24-10-2017, 23:22
Almaniya prezidenti Frank Valter Ştaynmayer hökuməti buraxıb.
SİVİL.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında keçirilib.
Frank Valter Ştaynmayer bundan əvvəl kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.
Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasının bir neçə həftə çəkəcəyi bildirilir.
Qeyd edək ki, 19-cu çağırış Bundestaqın bu gün keçirilmiş birinci iclasında sabiq maliyyə naziri Vofqanq Şoyble parlamentin prezidenti seçilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər