Pakistanlı gənc Azərbaycanda beynəlxalq mafiya tərəfindən oğurlandı

Xəbərin çap versiyası
Tarix: 26-10-2017, 14:32
Pakistanlı gənc Azərbaycanda beynəlxalq mafiya tərəfindən oğurlandı


Azərbaycanda bir qrup beynəlxalq insan alverçiləri tərəfindən oğurlanan pakistanlı gənc bu ölkənin xüsusi xidmət orqanlarının başlatdığı əməliyyat nəticəsində azad edilib.

SİVİL.AZ
virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycanda pakistanlı gənci oğurlayanlar iki ortaqlarının bu ölkədə yerli Federal Təhqiqat Agentliyinin (FİA) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilməsindən sonra qurbanı azad ediblər.

FİA-nın direktor müavini Xalid Anis bildirib ki, insan oğrularının qurbanı olan Əli Raza Azərbaycanda 12 gün girov saxlanıldıqdan sonra evlərinə - Sialkot əyalətinin Sambrial şəhərinə qayıdıb. Onu oğurlayanlardan birinin adı Zubayir Varreyxa adlı şəxsdir. Bu şəxs Pakistan vətəndaşıdır.

Xalid Anis deyib ki, qruplaşma gənci oğurlayaraq onun anasından 1.8 milyon rupi pul tələb ediblər. "İnsan oğruları iki ortaqlarının Pakistanda FİA tərəfindən həbs edilməsindən sonra qurbanı azad etməyə məcbur olublar, oğurlanan gənc artıq Azərbaycandan evlərinə qayıdıb”- o bildirib.

Pakistan xüsusi xidmət orqanının direktor müavini deyib ki, Sambrial şəhərinin sakinləri, insan oğurluğu ilə məşğul olan Anis Ahmed və Saqher Ahmed adlı iki nəfər Əli Razanı qanunsuz olaraq bu il oktyabrın 13-də Dubay beynəlxalq aeroportu üzərindən Azərbaycana yola salıblar. Onlar gənci Azərbaycana yola salmaq üçün 250 min rupi pulunu da alıblar. İnsan oğruları gənci Azərbaycana çatandan az sonra oğurlayıblar və onun azad edilməsi üçün 1.8 milyon rupi tələb ediblər.

Gəncin anası bu barədə FİA-ya məlumat verib. FİA oktyabrın 23-də gəncin oğurlanmasını təşkil edən Anis Ahmedi və Saqher Ahmedi həbs edib. Nəticədə onların Azərbaycandakı ortaqları Əli Rzanı azad etməli olublar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz