Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi
Tarix: 4-11-2017, 11:00
Yaponiyada "Piala" adlı şirkət tütün çəkənlərə maraqlı şəkildə etiraz göstərib.
SİVİL.AZ xəbər verir ki, şirkətin siqaret çəkməyən əməkdaşları, siqaret çəkən həmkarlarının iş saatları ərzində tez-tez siqaret bəhanəsi ilə işdən yayındığını deyərək şikayət ediblər.
Şikayətdə qeyd olunur ki, binanın 29-cu mərtəbəsində yerləşən ofisdən aşağı düşüb siqaret çəkib qayıtmaq üçün ən az 20 dəqiqə vaxt lazımdır. Bunu gün ərzində 4-5 dəfə təkrarlayan həmkarlar işlərinə qeyri-ciddi yanaşmaqda ittiham ediliblər.
Şirkət sözçüsü Hirotaka Matsasuşa isə buna etiraz olaraq şirkətin siqaretdən istifadə etməyən əməkdaşlarına 6 günlük məzuniyyət verib.
Qaydalara görə, gün ərzində 6 saatdan çox çalışan işçilərə 20 dəqiqəlik fasilə icazəsi verilməlidir. Lakin bu yalnız bir dəfə üçün keçərlidir. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər