Cinsi zorakılıq cinayəti pasportda qeyd ediləcək

Xəbərin çap versiyası
Tarix: 3-11-2017, 15:41
Cinsi zorakılıq cinayəti pasportda


ABŞ xarici işlər nazirliyi uşaqlara qarşı cinsi istismar cinayəti ilə ittiham edilmiş şəxslərin pasportlarında bu faktın qeyd ediləcəyini açıqlayıb.

SİVİL.AZ
"Qaynarinfo"ya istinadən xəbər verir ki, bu cinayətlə ittiham edilən şəxslərin pasportları yararsız hesab ediləcək və onların yeni pasport üçün müraciət etmələri məcburi olacaq.

Bu şəxslərin pasportunun arxa qapağının iç tərəfində "Yetkin olmayan şəxslərə qarşı cinsi istismarda ittiham edilib və cinsi zorakılıq aktına görə cinayətkar hesab edilir" cümləsi yazılacaq.

Pasportun nə vaxt istifadəyə veriləcəyi hələ qeyri-müəyyəndir və proses müddəti dəqiqləşənə qədər cinayətkarlar əvvəlki sənədlərindən istifadə edərək səyahət edə biləcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz