Bu ölkədə robotlar minlərlə insanı işsiz qoyacaq

Xəbərin çap versiyası
Tarix: 5-11-2017, 01:30
Bu ölkədə robotlar minlərlə insanı işsiz qoyacaq


Yaponiyanın maliyyə korporasiyaları öz bizneslərinin avtomatlaşdırılmasına başlayıblar.

SİVİL.AZ
Lent.az-a istinadən xəbər verir ki, şirkətlərdə minlərlə əməkdaşı robotlar və proqram alqoritmləri əvəzləyəcək.

Belə ki, “Mizuho Financial Group” 2021-ci ilə qədər 8 min işçisini kompüter proqramları ilə əvəz edəcək.

“Sumitomo Mitsui Financial Group” bank korporasiyası yeni data-mərkəzləri açır. Ekspertlərin proqnozlarına görə, 2020-ci ilə qədər şirkətin 4 min əməkdaşı öz işindən məhrum olacaq.

“Bank of Tokyo-Mitsubishi UFJ” isə öz bölmələrini ixtisar edir. Yaxın vaxtlarda rəhbərlik əsas ofislərində 9,5 min iş yerini avtomatlaşdıracaq.

Xatırladaq ki, Cənubi Koreya mətbuatında bir müddət əvvəl robot jurnalist işə götürülüb. O, idman mövzusunda xəbərlər yazır və artıq yüzlərlə xəbər hazırlayıb. Bu ölkədə robotlara vergi tətbiq olunması da gündəmə gəlib. Səbəb robotların insanların işini əlindən almasıdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz