Dünyanın ən varlı adamından uğura dair məsləhətlər
Tarix: 9-11-2017, 01:00
Bu il "Dünyanın ən zəngin adamı" seçilən "Amazon.Com"un təsisçisi və icraçı direktoru Cef Bezosun uğur qazanmağın yollarından danışıb.
SİVİL.AZ bildirir ki, əgər varlanmaq istəyirsinizsə, məşhur iş adamının məsləhətlərini oxumağa dəyər.
1. "Günü yola verim" ruh halında olmayın. Böyümə və inkişaf etmə rejimində olmaq məcburiyyətindəyik.
2. Uğursuzluqdan sonra peşman olmayacağımı bilirdim. Heç bir təşəbbüs etməsəydim, daha çox peşman olardım.
3. Həyat ağılsızlara baş qoşmaq üçün çox qısadır.
4. Çox vaxt haqlı çıxanlar fikirlərini dəyişdirə bilən adamlardır.
5. Müştərilər məhsullardan məmnun qalarsa, o məhsullar haqqında öz aralarında danışırlar. Müştərilərinin öz aralarında etdikləri söhbətləri nəticəsində ortaya çıxan reklamdan daha güclü reklam yoxdur.
6. Hər zaman başa düşülmək istəyirsənsə, yeni heç nə icad etmə. Çünki icad zidd haldır. Lakin yenilikçi olmaq istəyirsənsə, yalnış anlaşılmalara hazır olmalısan.
7. Bir məsələ üzərində uzun müddət düşünürsənsə, verdiyin qərarlar həyatını yaxşılaşdırmalı və gözəlləşdirməlidir.
8. Əlli insanla iş görüşməsi ilə bağlı görüşdən sonra onların arasından səhv kadrı seçməkdənsə, heç kimi işə götürməməyi üstün tuturam. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər