Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıb

Xəbərin çap versiyası
Tarix: 8-11-2017, 19:30
Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıb


Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb.

SİVİL.AZ
-ın verdiyi məlumata görə, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.

Qeyd edək ki, noyabrın 4-də Səudiyyə Ərəbistanda aparılan əməliyyat zamanı 11 şahzadə, 4 nazir və onlarla iş adamı saxlanılıb. Əməliyyatdan bir neçə saat sonra ölkənin cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər rəsmi şəxslər - ümumilikdə 9 nəfər ölüb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz