Rusiyanı borc böhranı gözləyir

Xəbərin çap versiyası
Tarix: 8-11-2017, 22:00
Rusiyanı borc böhranı gözləyir


"Büdcə qaydaları yumşaldılaraq iqtisadi inkişafın stimullaşdırılması və insan kapitalına investisiyalar artırılmalıdır. Əks halda, dövlət borcu "qartopu" kimi artmağa davam edəcək".

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin "Voprosı ekonomiki" adlı jurnalda çap olunan məqaləsində bildirib.

Kudrin 2018-2020-ci illərin büdcə layihəsi ilə razılaşmadığını qeyd edərək bildirib ki, bu, çox sərt büdcədir və xərcləri məhdudlaşdırır. Keçmiş nazir yeni büdcə layihəsində neftin baza qiymətinin 40 dollar/bareldən 45 dollar/barelə qaldırılmasını təklif edib. Kudrin bununla yanaşı, özəlləşdirmənin sürətləndirilməsi və buradan daxil olan vəsaitin ÜDM-in 0,5%-nə çatdırılmasını məsləhət görür.

Qeyd edək ki, analitiklər Rusiya iqtisadiyyatında staqnasiyanın uzun müddət davam edəcəyini yekdilliklə qəbul edirlər. Yaxın 3 ildə orta iqtisadi artım tempinin 1,6%, 6 ildə isə 1,5% olacağı proqnozlaşdırılır.

A.Kudrin büdcə xərclərinin artırılaraq struktur islahatları və insan kapitalına yatırımlara xərclənməməsi durumunda, yaxın illərdə sosial öhdəliklərə xərclərin azaldılması ilə nəticələnəcəyini düşünür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz