Dünyanın “ağıllı” şəhərlərinin adı AÇIQLANIB
Tarix: 10-11-2017, 15:09
İsveçin “Easypark” informasiya texnologiyaları şirkəti dünyanın 500 şəhəri arasında tədqiqat apararaq texnoloji baxımdan inkişaf etmiş 100 şəhəri müəyyənləşdirib.
SİVİL.AZ oxu.az-a istinadən xəbər verir ki, birinci yeri Kopenhagen şəhəri tutub. Məlumata görə, sonrakı yerlərdə Sinqapur və Stokholm qərarlaşıb.
İlk onluğa Sürix, Boston, Tokio, San-Fransisko, Amsterdam, Cenevrə və Melburn daxildir. Almaniyanın “ağıllı” şəhərləri arasında Berlin və Hamburq ümumi hesabda müvafiq olaraq 13-cü və 14-cü yerləri tutub. Britaniya paytaxtı (London) 17-ci, Fransa paytaxtı (Paris) 20-ci pillədə yer alıb.
Siyahıda sonuncu yerlərdə Ər-Riyad və Mexiko qərarlaşıb.
Tədqiqat müəllifləri yüksəksürətli internet, ekoloji təmiz enerji ilə təchizat, əhalinin yüksək aktivliyi, sahibkarlar üçün əlverişli mühit və s. kimi faktorları nəzərə alıblar. “Easypark” 500 şəhər haqqında statistik məlumatdan və urbanizasiya və informasiya texnologiyalarının inkişafı mövzularını işıqlandıran 20 minə yaxın jurnalistin qiymətləndirməsindən istifadə edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər