ABŞ müdafiə naziri: "Biz Suriyadan çıxmayacağıq"
Tarix: 14-11-2017, 14:52
ABŞ Suriyada hərbi mövcudluğunu davam etdirəcək.
SİVİL.AZ xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mattis bəyan edib.
O qeyd edib ki, İŞİD terror qruplaşması savaşmaq istədiyi müddətdə ABŞ terrorçularla savaşacaq və böhranın diplomatik həll yolu tapılana qədər bu ölkədəki hərbi mövcudluğunu davam etdirəcək: "İndiki hədəfimiz İŞİD tamamilə yox olana qədər əməliyyatlarımıza davam etmək və mövqeyimizi qorumaqdır". (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər