Günəşin necə isindiyi bəlli olacaq - NASA-dan yeni kosmik gəmi
Tarix: 18-11-2017, 10:30
Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Günəşin atmosferinə göndərəcəyi kosmik gəmini təqdim edib.
SİVİL.AZ xəbər verir ki, gələn il kosmosa göndəriləcək "Parker Solar" adlı gəmi Günəşin səthinə ən çox yaxınlaşan kosmik gəmi olacaq.
Con Hopkins Universitetinin Tətbiqi fizika bölməsində işləyən Niki Foks yeni kosmik gəminin Günəşə aid sirrləri araşdıracağını deyib. Günəşin xarici örtüyünün niyə daxilindən qat-qat çox isti olması da məhz yeni gəmi sayəsində bəlli olacaq.
"Parker Solar" 1371 dərəcə istiliyə davam gətirə bilən materiallardan güclü radiyasiyanın təsirinə məruz qalmayacaq şəkildə dizayn edilib. Buna görə də Günəşə onun diametrinin 5 qatı qədər yaxınlaşa biləcək.
Yeni kosmik gəmi 140 milton km uzaq məsafədən dünyadakı elm admlarına bilgi göndərəcək. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər