Rusiya telekanalı Sarkisyanı “faşist” adlandırdı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 20-11-2017, 10:30
Rusiya telekanalı Sarkisyanı “faşist” adlandırdı -


Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi "Ulduz" telekanalında, "Veronika Kraşeninnikova ilə Proqnozlar" proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub və Sarkisyan hökumətinin seçimini Ukrayna hakimiyyətinin siyasi kursu ilə müqayisə edib.

SİVİL.AZ
virtualaz.org-a istinadən xəbər verir ki, verilişin müəllifi Hitler Almaniyasının muzduru, Serj Sarkisyan hökuməti tərəfindən övliyalar sırasına daxil edilmiş başıbəlalı faşist Qaregin Njdenin rolundan danışaraq, erməni faşizminin mənbələrinə müraciət edib.

Qeyd edək ki, Njde ölkəni idarə edən hakim Respublika Partiyası tərəfindən dini qəhrəman elan edilib.

Onu da xatırladaq ki, faşist Almaniyası ilə əməkdaşlığa qədər, Zaqafqaziyanın sovetləşdirilməsindən əvvəl məhz Q.Njde Dağlıq Qarabağda bir çox Azərbaycan kəndlərinin əhalisinin qırılmasında şəxsən iştirak edib.

Veronika Kraşeninnikova Ermənistanın hakim Respublika Partiyasının gerbi ilə Alman Milli-Sosial İşçi Partiyasının simvolikası arasında təəccüblü oxşarlıq aşkar edib.

"Ulduz" telekanalının həmin süjetini təqdim edirik:




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz