ABŞ görünməz hərbi təyyarələr istehsal edəcək

Xəbərin çap versiyası
Tarix: 20-11-2017, 15:13
ABŞ görünməz hərbi təyyarələr


ABŞ məşhur "Star Wars" filmindən təsirlənərək radara düşməyən yeni nəsil hərbi təyyarələr istehsal etməyi planlaşdırır.

SİVİL.AZ
"Qaynarinfo"ya istinadən xəbər verir ki, ABŞ-ın bu layihəsi yarasa formasındakı dizaynı ilə "F-117 Nighthawk" və "F-22 Raptor" tipli təyyarələri daha da inkişaf etdirməyi, bombardman təyyarələrinin istehsalında lider olan Rusiyanı geridə qoymağı hədəfləyir. "B-21" adını alan təyyarə Los Ancelesin şimal-şərqində yerləşən müəssisədə istehsal ediləcək və hər birinin dəyəri 550 milyon dollardır. Müəssisədə 2019-cu ilə qədər 5 mindən çox insan çalışacaq. Layihə 2030-cu ildə yekunlaşacaq və Pentaqon 100 ədəd "B-21" təyyarəsi istəyir.

ABŞ-ın sabiq hərbi təyyarə pilotu Meys Karpanter bildirir ki, 2022-ci ilə qədər ölkəsinə aid hərbi təyyarələrin 25%-ni radara düşməyən təyyarələr təşkil edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz