Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Rusiyadır, Putindir"

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 15:37
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Rusiyadır, Putindir"


"Bu gün Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə fürsət düşən kimi Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyəm”.

SİVİL.AZ
-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan Rusiyaya bundan əvvəlki səfərində prezident Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiklərini xatırladıb.

“Putin məsələnin həlli ilə bağlı əlindən gələni etməyə çalışdığını demişdi. Mən 5 rayon məsələsində daha həssas olmalarını diqqətə çatdırdım. Çünki münaqişə hardasa 30 ildir, davam edir. Bu işi bu bölgədə həll edəcək güc Rusiyadır, Putindir. Bu gün imkan olsa, yenə də məsələni gündəmə gətirəcəyəm. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir”.

Qeyd edək ki, bu gün Soçidə üç ölkənin prezidentlərinin iştirakı ilə “Suriya sammiti” keçiriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz