Rumıniyada yeni qanun layihəsi kütləvi etirazlarla qarşılandı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 27-11-2017, 10:19
Rumıniyada yeni qanun layihəsi kütləvi etirazlarla qarşılandı -


Rumıniyanın paytaxtı Buxarestdə etiraz aksiyaları keçirilir.

SİVİL.AZ
"APA TV"-yə istinadən xəbər verir ki, küçələrdə minlərlə etirazçı hökumətin, ölkə idarəçiliyində ciddi dəyişikliklərə səbəb ola biləcək yeni qanun layihəsinə qarşı çıxıb.

Bazar günü parlament binası qarşısında 20 mindən çox adam toplaşıb. "Ədalət istəyirik, heç bir korrupsiya olmasın" şüarları səsləndirən etirazçılar hakim Sosialist Demokrat Partiyasının addımlarını tənqid edib. İlk dəfə ədliyyə naziri Tudorel Toader tərəfindən 18 oktyabrda açıqlanan qanun layihəsi korrupsiya ilə mübarizə, terrorla mübarizə, ümumi prokurorların təyin edilməsi və məhkəmə yoxlama səlahiyyətlərinin Ali Məclis Şurasından Ədliyyə Nazirliyinə təhvil verilməsini nəzərdə tutur.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqının iqtisadiyyatı ən zəif olan ölkələrindən biridir. Ölkədə digər üzv dövlətlərlə müqayisədə ən yüksək korrupsiya dərəcəsi hökm sürür.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz